Ağakərimin oğlu Nazilə Səfərlini polisə verdi
Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Novruzov şair Nazilə Səfərlidən hüquq-mühafizə orqanlarına şikayət edib.
Bu barədə o, açıqlamasında bildirib. Onun sözlərinə görə, buna səbəb Səfərlinin ona böhtan atması olub:
“Ona cavab verməkdən yoruldum. Məni narahat edir. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yönləndirdilər. Ərizə yazdım”./Pravda.az
Qeyd edək ki, daha əvvəl N.Səfərli K. Novruzovu atası Ağakərimə psixatrop iynələr vurmaqda ittiham etmişdi: “Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın