Ağdam rayonunda aparılan kadr islahatları təqdir olunmur-

Ağdam rayonunda aparılan kadr islahatları təqdir olunmur- İDDİA

"Ağdam rayonunda korrupsiya və rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılır. Deyə bilərəm ki, bizim rayonumuzda belə hallar mövcud deyil və icra başçısı kimi buna qarşı daim mübarizə aparıram".

Bunu bir müddət əvvəl KİV-lərə Ağdam rayonunun icra başçısı Vaqif Həsənov demişdi.

Prezident İlham Əliyevin tapşırıqlarının dəqiqliklə yerinə yetirildiyini bildirən icra başçısının sözlərinə görə, Ağdamda dövlət idarələri və müəssisələrində daha çox gənclərin işə götürülməsinə üstünlük verilir.

Xub, icra başçısının yalan danışmasını qısaca olaraq sübut edəcəyik.

Məqalədə onun keçmişindən, rüşvət olayı ilə bağlı səs yazısından, hətta bu yaxınlarda karantində rayonda olan toy-nişan mərasimini də qeyd etməyəcəyik.

Məsələ ondadır ki, Həsənov rayonu idarə edə bilmir, yaxud idarəçiliyi ilə prezidentin tapşırıqları üst-üstə gəlmir.

Mozalan.az-a rayondan verilən xəbərə görə vəzifədə olanlar yaşlandıqda yerlərini perspektivli gənclərə yox, öz qohum əqrabalarına verirlər.

Məsələn, Gülablı ərazi icra nümayəndəsi orta təhsilli olduğu uçun işdən azad edilib. Əvəzinə qızı vəzifəyə qılzı təyin olunub. Vəzifəni faktiki olaraq Elmir Məmmədov icra edir.

Vaqif Həsənov göz yumur. Nədən ki, tanınmış müğənni Feyruz Səxavətin qohumudurlar.

Diğər nümunə, Novruzlu kənd icra nümayəndəsi Hüseyn Kazımov 70 yaşı tamam olduğu uçun işdən azad edilib. Əvəzində Həsənov onun yerinə gəlinini təyin edib. Biabırçılıqdır.

Məğər feodalizm quruluşudur Ağdamda,bu nə təfəkkür, bu nə idarəçilikdir belə? Məsələ ondadır ki, Kazımovun səhhətində problem yaranıb, gəlin də ayağını evdən çölə qoymur. İdarənin işi, möhürü qalıb ortalıqda.

İşdən çıxarılan qocalar nəinki dövlətin möhürünü, hətta xidməti avtomoibilini belə qaytarmaq istəmir.

Ağdam Rayon Mədəniyyət İdarəsinin müdiri Şahin Qasımov da 70 yaşının tamam olması ilə bağl təqaüdə çıxıb. Həmin vəzifəni indi ayrı adam icra edir.

Şahin Qasımovu vəzifədə ikən idarə etdiyi 02-AA-114 dövlət nömrə nişanlı avtomobil Ağdam Şəhər İcra Nümayəndəliyinin balansına verilib.

Ancaq Qasımov həmin “Niva” markalı maşını dədə malı kimi idarə edir.

Vaqif Həsənovun idarəçiliyi bax budur. Faktlara cavab versin. Dərc edəcəyik. //mozalan.az//

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi