“AĞIR DÖYÜŞLƏR 2 HƏFTƏ DAVAM EDƏCƏK” – "Onların hücuma cəhd edəcəyi yeganə yer Donbassdır"
"Qarşıdan gələn iki həftə ərzində Donbasda ağır döyüşlər baş verəcək.
Hansı ki, bu, müharibənin növbəti fazasının taleyini həll edəcək. Bununla yanaşı, işğalçılar Zaporojye və Xerson istiqamətində də aktivliyi artırıblar".
Faktinfo.az AzPolitika.info-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç bu gün mətbuata açıqlamasında bildirib.
Arestoviç deyib ki, işğalçı 6 istiqamətdə məğlubiyyətə uğradığından bütün gücünü Donbasa yönəldib: “Putin bu kampaniyaya 9 operativ istiqamətdən başlamışdı. İndi cəmi iki istiqamət qalır və bir də bir qədər Zaporojye və Xerson istiqaməti. 6 istiqamətdə onlar məğlubiyyətə uğrayıblar. Onların hücuma keçmək üçün qüvvələri qalmayıb”.
Ekspert bildirib ki, Rusiya demək olar bütün hərbi potensialını Ukraynaya cəmləşdirsə də, istəyinə nail ola bilmir: “Rusiya hazırda boşalıb, orada faktiki olaraq ordu yoxdur. Onların cəlb etdiyi 120 batalyondan 20-si tam məhv edilib. 40-a yaxını qismən döyüşə hazır vəziyyətdə deyil. Deməli, onlar 60 faizə yaxın itki veriblər. Onların hücuma cəhd edəcəyi yeganə yer Donbassdır”.
Xatırladaq ki, martın 29-da Rusiya Kiyev, eləcə də Çerniqov və Sumı istiqamətindən çəkildiyini bəyan edərək, əsas hədəfinin Donbas istiqaməti olacağını bildirmişdi.
Bu xəbər üçün şərh yazın