Nizami Cəfərov Ağstafa rayonu Poylu qəsəbəsi Kolxəlfəli və Pirili kəndlərinin seçiciləri ilə görüşdü

Nizami Cəfərov Ağstafa rayonu Poylu qəsəbəsi Kolxəlfəli və Pirili kəndlərinin seçiciləri ilə görüşdü 

Yeni Azərbaycan Partiyasının (YAP) 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun Ağstafa rayonu Poylu qəsəbəsində, Kolxəlfəli və Pirili kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə Milli Məclisin deputatlığına namizəd Nizami Cəfərov haqqında seçicilərə geniş məlumat verilib, ölkəmizdə keçirilən bütün seçkilərdə ağstafalıların yüksək əhval-ruhiyyə ilə iştirak etdiyi bildirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Cəfərov seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirib. N.Cəfərov deyib ki, Azərbaycan 

Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf edir. Onun sözlərinə görə, bu inkişafdan Ağstafa rayonuna da pay düşür: “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Ağstafa rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Təbii ki, bütün bunlar əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır”.
N.Cəfərov 9 fevralda keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa çağırıb.

Faktinfo.az onu da bildirir ki,görüşdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildirməklə bərabər,Nizami Cəfərovla görüşməkdən məmnun qaldıqlarını bildiriblər.

Nizami Cəfərov Ağstafa rayonu Poylu qəsəbəsi Kolxəlfəli və Pirili kəndlərinin seçiciləri ilə görüşdüNizami Cəfərov Ağstafa rayonu Poylu qəsəbəsi Kolxəlfəli və Pirili kəndlərinin seçiciləri ilə görüşdüNizami Cəfərov Ağstafa rayonu Poylu qəsəbəsi Kolxəlfəli və Pirili kəndlərinin seçiciləri ilə görüşdüNizami Cəfərov Ağstafa rayonu Poylu qəsəbəsi Kolxəlfəli və Pirili kəndlərinin seçiciləri ilə görüşdü
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi