Ağstafada qəbir daşı sexindən: “Artıq bezmişik, hüquq mühafizə orqanlarına müraciət etmək

Ağstafada qəbir daşı sexindən: “Artıq bezmişik, hüquq mühafizə orqanlarına müraciət etmək niyyətindəyik”

Ağstafada fəaliyyət göstərən, rayona gələn bəzi jurnalistlərin əməlləri yerli məmurlarla bərabər artıq sahibkarları da narahat etməyə başlayıb.

İdarə, təşkilatlara “reyd”ə çıxan belə üzdən iraq mətbuat nümayəndələri qəbir daşı sexlərində çalışan insanları da narahat edirlər.

Faktinfo.az saytına bu barədə Ağstafa rayonu, Aşağı Göyçəli kəndi, Bakı-Qazax magistral yolunun yaxınlığında yerləşən qəbir daşı sexindən Rauf adlı şəxs məlumat verib. Şikayətçinin bildirdiyinə görə, sexə gələn “jurnalistlər” onlara hörmət edilməsini istəyir. Buna isə hazırkı şəraitdə maddi imkanımız yol vermir. Rauf onu da bildirir ki, əksəriyyəti xanımlar olan “müfəttişlər” dən biri bu yaxınlarda 102 xidmətinə onlardan şikayət edib. Guya biz onun şərəf və ləyaqətini təhqir etmişik. Artıq bezmişik, bundan sonra rastlaşdığımız hallara qarşı hüquq mühafizə orqanlarına müraciət etmək niyyətindəyik.

Qeyd edək ki, ofisi, yaradıcı qabiliyyəti olmayan üzdən iraq mətbuat nümayəndələrinə son zamanlar Ağstafa və Qazaxda hüquqi təhsili yol verməyən,Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmayan, özlərini vəkil adlandıran dələduzlar da qoşulub.

Firuddin Oruc

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi