Ağstafada xələfi ilə mübahisə edən sabiq məmur vəfat etdi

Ağstafada xələfi ilə mübahisə edən sabiq məmur vəfat etdi - TƏFƏRRÜAT

Ağstafa rayonunda sabiq və indiki məmurlar arasında mübahisə ölümlə nəticələnib.

Rayonun Poylu kəndinin keçmiş icra nümayəndəsi Tahir Əhmədov ilə indiki icra nümayəndəsi Rəşad Bayramov arasında mübahisə düşüb.

İlkin məlumata görə, kəndə suyun verilməsi ilə bağlı mübahisə zamanı R.Bayramov T.Əhmədovu təhqir edib. Əsəb keçirən T.Əhmədov kənd icra nümayəndəliyinin inzibati binası önündə ürəktutmasından vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Rəşad Bayramov hadisə ilə bağlı dindirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi