Ağstafanın həbs olunan icra başçısının müavini ilə bağlı qərar verildi
Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi apelyasiya şikayətinə baxılıb.
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 aya qədər artırılıb./Demokrat.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın