Ağstafanın Qıraq Kəsəmən kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranır
Ağstafa rayonunun bir çox kəndlərində işıqlar gün ərzində bir neçə dəfə söndürülür, eləcə də, Qıraq Kəsəmən kəndinə verilən elektrik enerjisi təminatında fasilələr yaranır.
Faktinfo.az-a bu barədə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən məlumat verilib,mövcud vəziyyətin ictimailəşdirilməsi istənilir.Bu yetərli olmayacağı təqdirdə,kənd sakinlərinin kollektiv şəkildə ölkə rəhbərliyinə müraciət edəcəkləri bildirilir.
Onu da qeyd edək ki, bir müddət əvvəl Ağstafa rayonundan başlayaraq Gürcüstan Respublikası ilə həmsərhəd Böyük Kəsik kəndi istiqamətində müəyyən təmir işləri aparılıb. Ağstafa şəhərində 110 kv-luq yarım stansiyası təmir olunub. Ümumiyyətlə, Ağstafada bütün kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün işlər görülüb ki,küləyin sürəti saniyyədə 20 metr olsa belə,elektrik xətlərində açılmalar olmasın.
Belə görünür ki, Ağstafada bu məqsədlə işlər görülsə də, kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında vəziyyət dəyişməyib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın