Ağstafanın Zəlimxan kəndində ana qızına görə intihar etdi
Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.
Faktinfo.az xəbər verir ki, hadisə Zəlimxan kəndində baş verib.
Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.
Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. /Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın