AHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edib

AHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edib - FOTOLAR

2021-ci il aprelin 2-də Moskvadakı Əmək sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Faktinfo.az-a verilən məlumata görə,onlayn formatda keçirilən tədbiri ÜHİK-in sədri M. Şmakov açaraq iştrakçılara gündəlikdə duran məsələlər barəsində məlumat verib. M. Şmakov “ÜHİK-in MDB ölkələrindəki üzv təşkilatlarında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarınn ratifikasiyası və bu Konvensiyalara riayət olunması haqqında” danışaraq üzv təşkilatların bu sahədəki fəaliyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini təqdirəlayiq hesab edib və bildirib ki, BƏT-in sosialyönümlü 11 Konvensiyasının ratifikasiya olunmasında bu təşkilatın rolunu xüsusi qiymətləndirmək lazımdır. Növbəti konvensiyaların da ratifikasiya olunması istiqamətində AHİK-in yüksək fəallığını qeyd edən ÜHİK sədri bu işdə Azərbaycan həmkarlar ittifaqları təşkilatına uğurlar arzulayıb.

Qeyd olunan məsələnin müzakirəsində çıxış edən AHİK-in sədri, millət vəkili S. Möhbalıyev bildirib ki, 2021-ci ilin 1 yanvar tarixinə Azərbaycan Respublikasında BƏT-in 56 Konvensiyası ratifikasiya edilib. Konvensiyaların tətbiq olunması haqqında hökumətin hesabatları müntəzəm olaraq BƏT-in Cenevrədəki mənzil-qərargahına göndərilir. Ölkəmizdə beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilib . Məlum olduğu kimi, Ümum Həmkarlar İttifaqları Konfederasiyası 2004-cü ilin aprelində üzv təşkilatlara BƏT-in 11 Konvensiyasını ratifikasiya etməyi növsiyə etmişdi. 2021-ci ilin 1 yanvar tarixinə BƏT-in sosialyönümlü 11 Konvensiyasından 6-sı qəbul edilib. 97, 102, 117, 108, 173 saylı konvensiyaların ratifikasiyası isə hazırlıq mərhələsindədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in Konvensiyalarının və Tövsiyələrinin ölkə qanunvericiliyində tətbiq edilməsi istiqəmətində planlı şəkildə iş aparır. Sosial tərəfdaşlarla birgə dünyada əmək sferasındakı vəziyyət öyrənilir, BƏT-in prioritet olan 11 Konvensiyasının tətbiq olunması istiqamətində maarifçilik və təşkilati-praktiki iş aparılır.

S. Möhbalıyev qeyd edib ki, AHİK-də həmin konvensiyaların ratifikasiyası üzrə təkliflərin hazırlıq mexanizmi yaradılıb və bu işə aparıcı həmkarlar ittifaqı mütəxəssiləri cəlb olunub. Həmin mütəxəsislər tərəfindən hazırlanan və AHİK İcraiyyə Komitəsi tərəfindən təsdiq olunan təkliflər baxılmaq üçün sosial-iqtisadi məsələlər üzrə Respublika Üçtərəfli Komissiyasına göndərilir. Qeyd edilən məsələlər hər il AHİK-in İcraiyyə Komitəsinin iclasında və Baş Kollektiv Sazişin yerinə yetirilməsi üzrə komissiyanın iclasında təhlil olunur. AHİK-in 2021-ci il üçün nəzərdə tutulmuş fəaliyyətində 5 prioritet konvensiya mühüm yer tutur. Bu konvensiyaların ratifikasiyasına hazırlıq işləri haqqında ÜHİK-in İcraiyyə Komitəsinə məlumat verməyi vacib hesab edirik. Qeyd edim ki, bu sahədə ayrı-ayrı məsələlərlə bağlı işlər əsasən yekunlaşıb və 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş çərçivəsində baxılması nəzərdə tutulur.

S. Möhbalıyev nəzərə çatdırıb ki, AHİK-in gündəlik fəaliyyətində layiqli əmək prinsiplərinin həyata keçirilməsi mühüm istiqamətlərdən hesab edilir. Bu gün fəaliyyətdə olan Baş Kollektiv Sazişə eyni zamanda ratifikasiyaya hazırlanan “Sosial təminatın minimal norması haqqında” 102-ci, “Məşğulluğa kömək və işsizlikdən müdafiə haqqında” 168-ci, “Kənd təsərrüfatında əməyin təhlükəzisliyi və əmək gigiyenası haqqında” 184-cü, ”Təhlükəsizlik və əməyin gigiyenasının əsasları haqqında” 187-ci konvensiyalar daxil edilib.

AHİK-in təşəbbüsü ilə Respublika Üçtərəfli Komissiyasının 2020-ci il dekabrın 23-də keçirilmiş iclasında həmçinin “Əməkçilərin sahibkarlıq fəaliyyəti zamanı hüquqlarının qorunması haqqında” 173-cü konvensiyasının ratifikasiyaya hazır olması məsələsi müzakirə olunmuş və Komissiya tərəfindən bəyənilmişdir.

AHİK sədri hazırda ölkəmizdə “Əməkçi miqrantlar haqqında” BƏT-in 97-ci Konvensiyasının ratifikasiya olunması istiqamətində həyata keçirilən geniş tədbirlərdən bəhs edib. Bildirib ki, Milli miqrasiya siyasətinin işlənib hazırlanması yönündə aparılan işlərdə Azərbaycan həmkarlar ittifaqları da yaxından iştirak edirlər. Ölkəmizin qanunvericiliyinə uyğun olaraq əməkçi

miqrantlar həmkarlar ittifaqları vasitəsilə öz əmək, sosial və iqtisadi hüquqlarını qorumaq imkanına malikdirlər. Onlara kömək məqsədilə AHİK-də “Miqrantlarla iş üzrə işçi qrupu” yaradılıb, informasiya mübadiləsi və konkret fəaliyyəti planlaşdırmaq üçün proseslərə nəzarət məqsədilə hesabat sistemi tətbiq olunub.

Çıxışının sonunda AHİK sədri qeyd edib ki, dövlət orqanlarının, əmək kollektivlərinin və həmkarlar ittifaqı təşkilatlarının iş rejiminin dəyişməsinə səbəb olmuş koronavirus infeksiyası, həmçinin 2020-ci ildə Qarabağda torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi fəaliyyətimizdə gərgin izlər buraxmışdır. Bununla belə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da Beynəlxalq Əmək Təşkilatının əmək sahəsindəki Konvensiyalarının ratifikasiyasına və tətbiqinə xüsusi diqqət ayıracaqdır.

ÜHİK-in İcraiyyə Komitəsinin iclasında gündəliyə daxil edilmiş məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilb.


AHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edibAHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edibAHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edibAHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edibAHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edibAHİK sədri Ümum Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi