AHİK şəhid ailələri üçün il ərzində 175.800 manatlıq maddi yardım ayırır

AHİK şəhid ailələri üçün il ərzində 175.800 manatlıq maddi yardım ayırır 

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərində başladığı əks-hücum əməliyyatı Silahlı Qüvvələrimizin Qələbəsi ilə başa çatdı.

Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Bu Qələbə əsgər və zabitlərimizin rəşadəti nəticəsində qazanıldı. Bu gün Azərbaycan dövləti və xalqı Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin qəhrəmanlıqlarını yüksək qiymətləndirir, onların ailələrinə hərtərəfli qayğı və diqqət göstərirlər.

Faktinfo.az-a  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasndan göndərilən məlumatda bildirilir ki, şəhid ailələrinin sosial problemlərinin həllini həmişə diqqətdə saxlamaqdadır. AHİK 2016-cı ilin aprel və 2020-ci ilin iyulunda Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürüb. Həmin azyaşlıların hər biri 18 yaşına çatanadək aylıq 150 manatla təmin olunub.

AHİK-in İcraiyyə Komitəsi Vətən müharibəsində şəhid olmuş daha 85 əsgər və zabitin ailəsinin himayəyə götürülməsi, hər bir ailəyə ayda 100 (yüz) manat vəsaitin ödənilməsi barədə qərar qəbul edib. Bununla da AHİK tərəfindən himayəyə götürülmüş şəhid ailələrinin sayı 108-ə çatıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq addımların davam etdirilməsini nəzərdə tutur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər