“Aİ sanksiyaya məruz qalacaq Belarus vətəndaşlarının siyahısını tərtib etmək niyyətindədir” –Polşa XİN
Avropa İttifaqı sanksiyaya məruz qalacaq Belarus vətəndaşlarının siyahısını tərtib etmək niyyətindədir.
Bunu Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlərinin video formatda görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bəzi nazirlər sanksiya tətbiq edilməsinin tərəfdarı olublar.
“Seçki saxtakarlığı və güc tətbiq edilməsi faktlarına məhəl qoymaya bilmərik. Polşa saxtalaşdırma və güc tətbiq edilməsində iştirak edənlərə qarşı sanksiyaları dəstəkləyir. Aİ sanksiya tətbiq ediləcək şəxslərin siyahısı üzərində işləyəcək”, – deyə Polşa XİN başçısı bildirib.
Qeyd edək ki, bu gün Aİ ölkələrinin Xarici İşlər nazirlərinin fövqəladə videokonfransı keçirilib. Videokonfransda Belarusdakı vəziyyət və digər məsələlər müzakirə olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın