Akademiya şəhərciyindəki vəziyyət narazılıq yaradır-

Akademiya şəhərciyindəki vəziyyət narazılıq yaradır- Oturacaqlar...

Paytaxt sakinlərinin ən sevimli istirahət məkanlarından biri- Milli Elmlər Akademiyasının qarşısındakı park sayılır,desək yəqin ki,yanılmarıq.

Buraya üz tutanlar arasında təbii olaraq AMEA-nın əməkdaşları ,yaxındakı ali məktəblərin müəllim və tələbələri üstünlük təşkil edir.Ancaq parkın oturacaqları buraya gələnləri ciddi narahat edir və onların normal istirahətinə imkan vermir.Belə ki,parkda quraşdırılmış oturacaqların xeyli hissəsi sınıq-salxaq vəziyyətə düşüb.Həmin oturacaqların hansı səbəbdən bu hala salınması bilinməsə də , yay mövsümünün davam etdiyini  nəzərə alaraq sakinlər  tezliklə problemin aradan qaldırılmasını istəyirlər.

Faktinfo.az xəbər verir ki,sakinlər Yasamal rayonuna yeni təyin olunan İcra başçısı Əziz Əzizovun ,AMEA rəhbərliyinin və digər aidiyyatı şəxslərin sözügedən parkdakı oturacaqların vəziyyəti ilə bağlı tezliklə lazımi addımlar atacaqlarını səbirsizliklə gözləyirlər.

Faktinfo.az

Akademiya şəhərciyindəki vəziyyət narazılıq yaradır-Akademiya şəhərciyindəki vəziyyət narazılıq yaradır-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər