Akar Rusiya MN-ni təkzib etdi: Hətta vuranda da xəbər verdik...

Akar Rusiya MN-ni təkzib etdi: Hətta vuranda da xəbər verdik... 

Rusiya əvvəlcədən əsgərlərimizin orada olduğunu bilirdi. Biz onlara bu barədə məlumat vermişdik. Lakin buna baxmayaraq, Rusiya əsgərlərimiz olan bölgəyə hücum həyata keçirdi.

Bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“İlk hücumundan sonra xəbərdarlıq etməyimizə baxmayaraq, onlar hava zərbəsinə davam etdi. Hətta rejim gücləri və dəstəkçiləri təcili yardım maşınlarına belə atəş açıblar. Rusiya tərəfi iddia edir ki, əsgərlərimizin vurulduğu bölgədə silahlı müxalifət olub. Lakin bildirmək istəyirəm ki, qoşunlarımızın ətrafında silahlı dəstələr olmayıb", - deyə Akar bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu hücuma hava dəstəyi vermədiyini, eyni zamanda sözügedən ərazidə türk əsgərlərinin olması ilə bağlı Türkiyənin onlara heç bir məlumat vermədiyini açıqlayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi