AKP-də növbəti istefa – Sabiq nazir də getdi

AKP-də növbəti istefa – Sabiq nazir də getdi 

Türkiyənin sabiq Ədliyyə naziri Sadullah Ergin Ədalət və İnkişaf partiyasından (AKP) istefa verib.

Türkiyə mətbuatı xəbər verir ki, onun daha öncə partiyadan istefa verən Əli Babacanın yeni yaradacağı partiyaya qoşulması gözlənilir.

Sadullah Ergin istefa xəbərini təsdiqləsə də, səbəbi barədə açıqlama verməyib.

Qeyd edək ki, Sadullah Ergin 2011-2013-cü illərdə Ədliyyə naziri olub. Bundan başqa o, millət vəkili kimi də fəaliyyət göstərib./Qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi