Akşənərdən Qarabağla bağlı şok xəbərdarlıq
Bu günə qədər Qarabağ təkcə Azərbaycan deyil, böyük bir coğrafiyada hər bir türkün davası olmuşdur.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyənin İYİ Partiyasının başqanı Maral Akşənər qrup toplantısındakı çıxışında deyib.
“Nə mutlu bizə ki, biz bu davanın sona çatdığını görə bildik. Şübhəsiz ki, Qarabağ bizim üçün bir həsrət, türklüyün qovşağı, hüquq və azadlıq mübarizəsinin adıdır. Eyni zamanda, Qarabağ bizim üçün, bölgəmizdə sülh və əmin-amanlığı təmin etmək üçün mədəniyyət və ticarət körpüsüdür ki, onu tez bir zamanda sabitləşdirmək lazımdır.
Təxminən 30 il əvvəl Azərbaycan ərazisinin 20 faizini təşkil edən Qarabağ işğal edilmiş, 1 milyondan çox bacı-qardaşımız öz yurd-yuvasından köç etmək məcburiyyətində qalmışdı. Heç vaxt unutmuram, Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə onları “Didərgin” adlandırırdı. Yəni öz yerindən, yurdundan köçə məcbur olan qardaşlarımız. Vahabzadə onların çəkdiyi əziyyəti şeirində belə təsvir etmişdi: “Başına haranın külünü töksün, Sinəsi əzabdan dağ-dağ didərgin. Təzə vətənində qərib, çəkingən, Köhnə vətənindən qaçaq didərgin”.
İllərlə davam edən bu böyük mübarizə, bu böyük iztirab İkinci Qarabağ müharibəsində Can Azərbaycanımızın qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci ildə atəşkəs anlaşması ilə bərabər, Qarabağ yenidən azadlığına qovuşdu.
Ancaq buna baxmayaraq, geridə qalan 2 illik dönəmdə anlaşmanın heç bir maddəsinə əməl olunmadı. Azərbaycanın ərazi bütövlüyünə məhəl qoyulmamağa çalışıldı. Bu səbəbdən 19 sentyabrda Azərbaycan Ordusu Xankəndi və ətrafına yönəlik bir antiterror əməliyyatı gerçəkləşdirərək, konstitusional haqlarını təmin etdi. Beləcə artıq “Dağlıq Qarabağ” anlayışı tarixə qarışmış oldu.
Dəyərli millət vəkilləri, indi bizim regionun sülhü və sabitliyi üçün çox mühüm imkanımız var. Bu fürsət yaxşı qiymətləndirilərsə, Azərbaycan ilə Türkiyə arasında birbaşa və fasiləsiz nəqliyyat təmin ediləcək və beləliklə, türk dünyasının inteqrasiyası üçün tarixi bir addım atılacaq.
Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və onun Orta Dəhlizə qoşulması; O, bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək. Xaoş və münaqişə əvəzinə bölgədə sülh və sabitlik hakim olacaq. Buna nail olmaq mümkün olsa, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin də sağlam nəticəyə çatacağını rahatlıqla deyə bilərik.
Lakin unutmaq olmaz ki, bu imkanlar həm də təhlükələr gətirir. Biz imkan verə bilmərik ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və regionda yaranan bu potensial qarşısında yeni terror ocağı meydana çıxsın. Çünki son zamanlarda kiçik yaşlı uşaqlara silah təlimi verərək, terroru təşviq etməklə Qarabağda daimi sabitliyin qarşısını almaq üçün terror təşkilatının əsaslarının qoyulduğunu görə bilərik. Qarabağda Azərbaycana qarşı varlığını göstərə bilməyən Ermənistan ASALA-ya əsaslanan VOMA adlı təşkilatla asimmetrik müharibəyə hazırlaşır. Mərdcə döyüşdən qaçanlar öldürmək üçün xain yollar axtarırlar. Ermənistan hökumətlərinin uzun illərdir PKK-ya maddi-texniki və insan resursları dəstəyi verdiyini zatən bilirik. Türk və Türkiyə düşmənçiliyi əsasında başlayan bu birliyin VOMA-PKK ortaqlığı ilə davam etməsi də təbii ki, mümkündür. Buna görə də sərhədlərimizdəki boşluqları dərhal aradan qaldırmalı, sərhədlərimizi terrorçuların keçidinə qarşı daha möhkəm qorumalıyıq.
Bu terror quruluşunu diplomatik yollarla aradan qaldırmaq üçün biz bütün məlumat və sənədləri beynəlxalq ictimaiyyətə çatdırmalı, Ermənistana terrora sərmayə qoymağın qaçılmaz nəticələrini izah etməli və bununla da onun növbəti tarixi səhvə yol verməsinin qarşısını almalıyıq.
Başda Ermənistan hökuməti olmaqla hər kəs bir həqiqəti çox yaxşı bilməlidir: Qarabağ türkdür! Qarabağ türklərindir! Qarabağ Azərbaycanındır! Heç bir terror növü bu həqiqəti dəyişdirə bilməyəcək!
Buna görə də bölgədə bir an öncə barış və sabitliyin bərqərar olmasını arzulayır, can azərbaycanlı qardaşlarımıza sevgi və məhəbbətimizi çatdırıram.
Əziz dava arxadaşlarım, təəssüf ki, coğrafiyamızda yaranmış və yaradılmış terror təşkilatlarının ortaq nöqtəsi türk düçməni olmalarıdır. Bu gün bizim üçün PKK, YPG, İŞİD nədirsə, Qarabağı hədəf alacaq yeni bir terror təşkilatı da onların qanlı əksi olacaqdır. Ancaq hər kəs bilməlidir ki Azərbaycana yönəlik bu və buna bənzər gedişlər qarşısında türk milləti tək yumruq olacaq və polad yumruğunu terrorun təpəsinə endirəcəkdir. ASALA ilə yoxladılar, başarmadılar, PKK/YPG ilə yoxladılar, başarmadılar. Hizbullah ilə yoxladılar, başarmadılar. İŞİD ilə yoxladılar, başarmadılar. FETÖ ilə yoxladılar, başarmadılar. Nə hikmətdirsə, bütün terror təşkilatlarının hədəfində türk milləti var. Bəziləri ulu dinimizi alət edib millət anlayışına qarşı müharibə elan edirlər. Bəzi insanlar etnik mənsubiyyətdən istifadə edərək millət anlayışına müharibə elan edirlər. Amma onların hamısının ortaq cəhəti türk millətinə, türk dövlətinə və Atatürkə qarşı allergiyalarıdır…” – Aşkənər bildirib.
Bu xəbər üçün şərh yazın