Alimdən bütün dünyaya xəbərdarlıq: “COVID-22 daha ölümcül ola bilər”
İsveçrə Federal Texnologiya İnstitutunun professoru Sai Reddinin koronavirusla bağlı xəbərdarlığı gündəmə çevrilib.
Bu barədə “Hürriyet” yazıb. Alim koronavirusun COVID-22 adlandırdığı yeni variantının növbəti ildə yaranma ehtimalının çox yüksək olduğunu və dünyada hazırda hakim olan “delta” ştammından daha ölümcül xarakter daşıyacağını bildirib.
S.Reddi həmçinin qeyd edib ki, bəşəriyyət yeni ştammın peyda olmasına hazırlaşmalı və çevik reaksiya verməyi bacarmalıdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın