Alimlər arağın mənfi və müsbət tərəflərini açıqladılar- Az dozalarda...
Amerikalı alimlər alkoqollu içkilərdən istifadənin faydalı olduğunu sübut ediblər. Amma qeyd edilir ki, spirtli içkilər insan orqanizminə yalnız az dozalarda faydalı təsir göstərir.
Araşdırmaların nəticələrinə istinadla, bu barədə xəbəri «Dni.ru» portalı yayıb.
Roçestersk Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, alkoqol beyini soyuqdəymədən qoruyur və toksinləri oradan qovub çıxardır. Bu da Alhemeyer və Parkinson xəstəliklərinin riskini aşağı salır.
«Biz göstərə bildik ki, spirtli içkinin xırda dozaları beynin sağlamlığı üçün faydalıdır, belə ki, bu içkilər özünü «zibil»dən təmizləmək işində beyinə kömək edirlər» – deyə, qlimfatik sistemin işinə alkoqolun necə təsir göstərdiyini izləyən mütəxəssis Mayken Hederhard bəyan edib. Sən demə, alkoqol artıq zülalı və məhv olmuş neyronları beyindən «yuyub» çıxarırmış.
Eyni zamanda, siçovullar üzərində aparılmış sınaqlar göstərib ki, mütəmadi olaraq, böyük dozalarda qəbul elilmiş alkoqol beynin soyuqlamasına səbəb olur. Məhz bunun nəticəsində siçanlar yeni informasiyaları daha pis yadda saxlamaqla bərabər, öz hərəkətlərinə pis nəzarət ediblər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın