Almaniya bu ölkəni geridə qoydu

Almaniya bu ölkəni geridə qoydu 

Elektrik avtomobillərin Avropada satışına görə Almaniya uzun illər lider olan Norveçi arxada qoyaraq, birinci pilləyə yüksəlib.

Bu barədə məlumatı “Blumberq” yayıb.

Belə ki, 2019-cu ilin noyabrı üçün Almaniyada 57.533, Norveçdə isə 56.893 yeni elektrokar qeydə alınıb.

Qeyd edək ki, 2010-cu ildə ilk kütləvi elektrik avtomobili olan “Nissan Leaf”in istehsalından sonra elektromobillərin satışına görə Avropada Norveç liderlik edirdi.

Lakin alman avtonəhəngləri “Volksvagen”, BMV və “Daymler”in elektromobil seqmentinə doğru istiqamətlənməsi və alman hakimiyyətinin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini təbliğ etməsi nəticəsində lider mövqeyində dəyişiklik baş verdi.

Almaniya kansleri Angela Merkel 2030-cu il üçün yollarda 10 milyon elektromobilin və 20 milyon enerji doldurma stansiyasının olacağını, 2035-ci ilə qədər elektrokar infrastrukturuna 3,5 milyard avro yatırım ediləcəyni bildirib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi