Almaniyada illik inflyasiya ən yüksək həddə çatdı
Almaniya da illik inflyasiya 7,9%-ə yüksəlib.
Bu barədə Almaniya Federal İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Avropa İttifaqında ən böyük iqtisadiyyatı olan Almaniyada inflyasiya may ayında 7,4%-dən 7,9%-ə yüksəlib.
Almaniya Federal İdarəsinin prezidenti Georq Til artıq 3-cü aydır ki, inflyasiya göstəricilərinin yüksək həddə çatdığını deyib:
"Bunun əsas səbəbi enerji qiymətlərinin artmasıdır. Lakin bundan əlavə, digər mallar, xüsusilə də ərzaq məhsullarında qiymət artımını müşahidə edirik".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın