Almaniyadan 40-a yaxın Azərbaycan vətəndaşı deportasiya ediləcək

Almaniyadan 40-a yaxın Azərbaycan vətəndaşı deportasiya ediləcək 

Almaniya növbəti dəfə Azərbaycan respublikası vətəndaşlarının kütləvi deportasiyasını həyata keçirəcək.

Report.az-ın xəbərinə görə,ölkənin Şimali Reyn Vestfaliya əyalətindən baş tutacaq deportasiya prosesində 40-a yaxın Azərbaycan vətəndaşının göndərilməsi nəzərdə tutulur.

 Düsseldorf şəhər Polis Təşkilatından verilən məlumata görə, ötən gün həmin şəxslər Almaniyada saxlanılıb, Azərbaycana göndərilməsi üçün lazım olan prosedurlardan keçiriliblər. Ancaq bu zaman deportasiyadan yayınmaq istəyən iki azərbaycanlı yaşadıqları yataqxananı icazəsiz olaraq tərk edib.

 

Yataqxana rəhbərliyi polisə məlumat verib. Həmin şəxslər Koblenz şəhərinə gedən qatarda polis tərəfindən saxlanılaraq, yerli miqrasiya idarəsinə təhvil veriliblər. Onlar bir ailənin 42 və 25 yaşlı üzvləridir.

Faktinfo.az xatırladır ki, ötən həftə Almaniya Federal Daxili İşlər Nazirliyi və Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə sığınacaq müraciəti qəbul edilməyən və haqqında deportasiya qərarı olan şəxslərin geri göndərilməsi prosesini sürətləndirmək haqqında qərar qəbul etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər