Almaniyanı etiraz dalğası bürüdü

Almaniyanı etiraz dalğası bürüdü 

Enerji böhranı və dərinləşən inflyasiya artıq Avropa dövlətlərində narazılığın artmasına səbəb olur. Almaniya bu mənada istisna deyil.

Faktinfo.az  Azərtac-a istinadən xəbər verir ki, bu ölkədə getdikcə artan əsəbilik qeydə alınıb və hətta tez-tez etiraz aksiyaları keçirilir. Enerji daşıyıcılarının bahalaşmasına görə narazılıq əhalinin bütün təbəqələrinin həyatında və işində pis əksini tapıb. Hüquq müdafiəçiləri ehtiyat edirlər ki, bu, ölkədə cinayətkarlığın və zorakılığın səviyyəsinin artması ilə nəticələnə bilər.

Yaxşı yadımızdadır, pandemiyanın əvvəlində bütün Almaniyada da etiraz dalğaları qeydə alınmışdı. Polisdə vəziyyətin təkrarlanması gözlənilir. Onlar gərginliyin yalnız artacağını proqnozlaşdırırlar. Hüquq-mühafizə orqanları ekoloji və iqlim hərəkatlarının fəalları tərəfindən enerji və hərbi sənaye obyektlərinin blokadaya alınması və zəbt olunmasından ehtiyat edirlər. Ultrasolçular partiyasının təmsilçiləri də belə əməllər törədə bilərlər. Yəqin ki, sağçı ekstremistlər də kənarda qalmayacaqlar.

Vəziyyəti COVİD-19 virusunun yeni dalğası ilə bağlı koronavirus məhdudiyyətləri gərginləşdirə bilər. Tamamilə mümkündür ki, koronavirus əleyhinə etirazlar zorakılıq elementləri olan mitinqlərə çevrilə bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi