ALMANLAR bu səbəbdən çoxmərtəbəli binalarda yaşamağa üstünlük vermirlər
"Azərbaycanda doqquz mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir". Bunu mətbuata Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Faktinfo.az saytı isə bildirir ki,çoxmərtəbəli binaların yüksək mərtəbəsində yaşamaq nəinki zəlzələ təhlükəsi baxımından,ümumiyyətlə tibbi nöqteyi nəzərindən də düzgün sayılmır.
Elmi araşdırmalar təsdiqləyir ki,hündür mərtəbəli ümumi yaşayış binalarında yaşamaq insan orqanizmi üçün ciddi xəstəliklərə də yol aça bilir.
Faktinfo.az bu barədə bir müddət əvvəl yazıb.Hazırda bir daha xatırladırıq ki,hələ ötən əsrdə alman alimlərinin gəldiyi qənaətə görə,hündür mərtəbəli binaların 6-cı mərtəbəsindən yüksəklikdə yaşamaq insanı yerin maqnit sahəsindən müəyyən qədər uzaqlaşdırır.
Bu vəziyyət isə ürək-damar, sinir və digər xəstəlikləri olan insanlara yaxşı təsir bağışlamır, immun sisteminə ciddi şəkildə mənfi təsir göstərir,müəyyən xəstəliklərə tutulma ehtimalını artırır.
İnsan orqanizmi üçün vacib olan yerin maqnit sahəsinin zəif olmasından əlavə,atmosfer təzyiqinin yüksək olduğu,nisbi rütubətin miqdarının normanı keçdiyi,geomaqnit qasırğası kimi digər amillərlə üst-üstə düşdüyü günlərdə:- bu arterial təzyiqli xəstələrdə daha ağırlaşdırıcı vəziyyət yaradır,insanın halı xeyli pisləşir,sinir sistemi gərgin olur. Ona görə də,almanlar hündür mərtəbəli evlərdə yaşamağa üstünlük vermirlər,çalışan qədər hündür mərtəbəli evlərdə ev almağa maraq göstərmirlər.
Faktinfo.az onu da xatırladır ki,bir müddət əvvəl çoxmərtəbəli binaların tikintisi Türkiyədə də qadağan edilib.O zaman Trend.az-ın məlumatında bildirilirdi ki,Ankara,İstanbul kimi şəhərlərdə tikilən binalarda mərtəbələrin sayı məhdudlaşdırılacaq.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb.Qeyd edilirdi ki,bundan sonra binalarda maksimum mərtəbə sayı 6 olacaq.Yeni qərar ətraf mühitin mühafizəsini qorumaq məqsədi daşımaqla bərabər,zəlzələ təhlükəsini də özündə ehtiva edirdi.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın