AMB-nin valyuta ehtiyatları avqustda 8% artıb

AMB-nin valyuta ehtiyatları avqustda 8% artıb 

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin sentyabrın 1-nə 7 042,6 mln. ABŞ dollar təşkil edib.

"APA-Economics"in AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 10,6%, illik müqayisədə isə 8,6% artıb.

Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.

Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (905,24 mln. manat) ayırmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər