AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQI 20 ŞƏHİD AİLƏSİNƏ ƏRZAQ YARDIMI APARIB - FOTOLAR
27 sentyabr - 10 noyabr 2020-ci ili əhatə edən İkinci Qarabağ müharibəsində müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşlər nəticəsində ordumuzun 2900 nəfər hərbi qulluqçusu şəhid olmuş, yüzlərlə insan yaralanmışdır.
Müharibədən sonra Azərbaycan dövləti şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə daim diqqət və qayğı göstərir. Müharibədə ön və arxa cəbhədə xidmət etmiş şəhid və qazi olmuş hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif dərəcəli orden və medallarla təltif edilmişlər. Onların ailələrinə dövlət tərəfindən maddi yardımlar edilmişdir.
Faktinfo.az xəbər verir ki,bu təşəbbüsə qoşularaq Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının və Bakı şəhəri, Nəsimi Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nəsimi rayonunda 20 şəhid ailəsinə 18 çeşiddə ərzaq yardımı edilmişdir. Ərzaqların təqdim edilməsində AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak etmişlər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, dövlətin və ictimaiyyətin onlara daima göstərdiyi qayğıdan razılıqlarını ifadə etmişlər.
Bu xəbər üçün şərh yazın