AMEA-nın daha bir bölməsində seçki:2 direktor yenidən öz vəzifələrində qaldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib.
AMEA-ın məlumatına görə, iclasda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib.
Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçiliblər.
Seçkilərin nəticələrinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın