AMEA-nın vitse-prezidentindən "imam sertifikatı" ilə bağlı AÇIQLAMA

AMEA-nın vitse-prezidentindən "imam sertifikatı" ilə bağlı AÇIQLAMA 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli qurumun işçisi olan xanıma “13-cü imam sertifikatı” verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İ.Həbibbəyli Ölkə.Az-a açıqlamasında yayılan xəbərlərdən məlumatsız olduğunu deyib:

“Fantastikadır, bunu kim yazıb? Aydındır ki, bu, sensasiya üçün yayılmış xəbərdir. Mən oxumamışam, bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, akademiyada belə söz-söhbətlər yoxdur. Bəyəm imam sertifikatı olur? Bunlar müqəddəs dini anlayışlardır. Sertifikat nədir, imam nədir? Bunlar bir-birinə sığmayan məsələlərdir. Hesab edirəm ki, dini dəyərlərimizə hörmət etmək, o müqəddəsliyi qorumaq lazımdır. Bu cür sensasiyalar yaymağa ehtiyac yoxdur. Aydındır ki, uydurma söhbətdir”, - deyə akademik söyləyib.

Qeyd edək ki, hüquqşünas Aqil Layıc AMEA işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verildiyini yazıb.

Dələduzların xanımı onda qeyri-adi səmavi istedad olduğuna inandırdıqları bildirilir. Qeyd olunur ki, AMEA işçisi bunun rəsmiləşdirilməsini istədikdən sonra ona “sertifikat” təqdim olunub.

A.Layıc həmçinin bildirib ki, hazırda iş üzrə istintaq aparılır: “Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”, -hüquqşünas bildirib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi