AMEA-nın yeni prezidenti Misir Mərdanov olacaq? - Keçmiş nazir xəbərə nə reaksiya verdi?
Son günlər AMEA ətrafında gedən söhbətlər bitmir. Belə ki, bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi inzibati bina Ramiz Mehdiyevdən alına bilər.
Hazırda R.Mehdiyevin də təmsil olunduğu Rəyasət Heyəti “İsmailiyyə” tarixi binasında yerləşir. Ancaq indi binanın Rəyasət Heyətindən alınaraq xalqa açılması təklif olunur.
Sosial şəbəkələrdə həmçinin AMEA-nın yeni prezidenti postuna namizədlərin kim olacağı barədə məlumatlar da yayılıb, konkret adlar sadalanıb.
Namizədlərin sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun olduğu deyilir.
cebhe.info sabiq təhsil naziri ilə əlaqə saxlayaraq ümimiyyətlə AMEA-da gedən söz-söhbətlərə münasibət öyrənmək, həmçinin də qeyd olunan suala cavab axtarıb.
Lakin Misir Mərdanov "Bu mövzuda danışmaq hələ tezdir, mən özüm sizinlə əlaqə saxlayacağam", - deməklə suallardan yayınıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın