AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı açıqlama yayıldı- "Saxta məlumatları tirajlayanlar..."
19-20 mart tarixlərində bəzi saytlarda 83 yaşlı AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair məlumatlar yayılıb.
Hətta bəzi mənbələr Ramiz Mehdiyevin dünyasını dəyişdiyini bildirib.
AMEA-nın mətbuat xidməti isə bu gün həmin məlumatları təkzib edib.
Açıqlamada deyilir: “İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.
Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik. Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar”.
Xatırladaq ki, bəzi mətbuat orqanları Ramiz Mehdiyevin parkinson xəstəliyindən əziyyət çəkdiyinə dair də məlumat yayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın