Amerikalılar onu prezident görmək istəyir, Trampı isə...

Amerikalılar onu prezident görmək istəyir, Trampı isə... 

Amerikalıların əksəriyyəti ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenə səs verməyə hazırdır.

Bu barədə məlumat YouGov kompaniyasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Seçkilər indi keçirilsəydi səsvermə üçün qeydiyyatdan keçən amerikalıların 48 faizi Co Baydeni, 43 faizi isə ABŞ-ın hazırkı Prezidenti Donald Trampı dəstəkləyərdi. Beləliklə, Co Bayden Donald Trampı beş faiz qabaqlayır.

Həm Donald Trampı, həm də Co Baydeni əsas etibarilə təmsil etdikləri partiyaların tərəfdarları dəstəkləyir. ABŞ-ın hazırkı prezidenti respublikaçıları dəstəkləyən amerikalıların 91 faizinin, Co Bayden isə demokratlara rəğbət bəsləyən vətəndaşların 90 faizinin dəstəyinə malikdir.

Buna baxmayaraq, respondentlərin 57 faizi hesab edir ki, 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp qələbə qazanacaq.

Aprelin 12-14-də keçirilən sorğuda 1,5 min amerikalı iştirak edib.

Bənzər sorğular Co Bayden və Donald Trampın əhali arasında real dəstəyini nümayiş etdirir. Lakin ABŞ-da prezident birbaşa seçkilər yolu ilə deyil, seçənlər kollegiyasının səsverməsi ilə müəyyən olunur. Belə sistemdə rəqibinə nisbətən az seçicinin səsini qazanan namizəd də qalib gələ bilər. 2016-cı ildə məhz belə olmuşdu: demokratların namizədi Hillari Klinton seçicilərin daha çox səsini alsa da, seçkiləri Donald Tramp qazanmışdı./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi