Amerikalıların 18%-i İrana qarşı hərbi əməliyyatların tərəfdarıdır –Sorğu

Amerikalıların 18%-i İrana qarşı hərbi əməliyyatların tərəfdarıdır –Sorğu 

ABŞ əhalisinin 18%-i Vaşinqtonun İranın nüvə proqramına son qoymaq üçün Tehrana qarşı hərbi tədbirlər görməli olduğunu hesab edir.

Bunu “Gallup”ın sorğusunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 78%-i Tehrana qarşı iqtisadi və diplomatik tədbirlərin tərəfdarıdır.

Eyni zamanda hərbi əməliyyatın əleyhinə olan respondentlərdən iqtisadi və diplomatik sanksiyların nəticə verməyəcəyi təqdirdə ABŞ-ın güc tətbiq edib-etməməli olduğu da soruşulub. Rəyi soruşulanların yarısından çoxu (53%) hətta bu vəziyyətdə də Vaşinqtonun hərbi addım atmamasının zəruri olduğunu söyləyib, 42% isə əks fikirdə olub.

Bundan əlavə, sorğu nəticələri amerikalıların 65%-nin ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etməyə başlayacağından çox narahat və ya bir qədər narahat olduqlarını göstərir.

Qeyd edək ki, sorğu iyulun 15-dən 31-dək olan tarixdə keçirilib. Sorğuda ABŞ-da yaşayan, yaşı 18-dən yuxarı olan 1,5 mindən çox insan iştirak edib/Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi