“Ana Kür” MTK qanunsuz tikinti aparır- Kəmaləddin Heydərova müraciət olundu
“Hürriyyət” qəzetinin baş redaktoru qanunsuz tikinti aparan şirkət haqda fövqəladə hallar nazirinə bir neçə sual ünvanlayıb.
“Reallıq onu deməyə əsas verir ki, “Ana Kür” MTK sözügedən ərazidə tikintiyə icazə almaq üçün məmurlara külli miqdarda rüşvət vermişdir”-deyə baş redaktor nazir Kəmaləddin Heydərova müraciətində bildirir.
Faktinfo.az “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun Azərbaycan Respubilkasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova ünvanladığı müraciəti baş redaktorun özünə istinadən təqdim edir:
Cənab Nazir!
“Ana Kür” MTK-nın sədri Vahid Abdullayev və oğlanları tərəfindən vətəndaş Abdullayev Böyükağa Abdulla oğlunun 23 ildən sonra sənədli-subutlu əmlakının mənimsənilməsi barədə xeyli vaxtdır ki, tərəfimizdən KİV-də materiallar dərc edilməkdə və internet kanallarında yayımlanmaqda davam etdirilir. Vətəndaş ailəsi ilə birlikdə, “Ana Kür” MTK-nın sədri və oğlanlarının qanunsuz hərəkətlərinin qarşısının alınması üçün Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, tikintiyə rəy və icazə verən, nəzarət edən aidiyyəti dövlət strukturlarından kömək istəmişdir.
Şəxsin arxasında hansısa oliqarx-məmurUN durduğu bildirilir. Buna baxmayaraq, hesab edirəm ki, tikintiyə icazə verilməsi üçün “ tələb olunan sənədlər” ən azından qaydasında olmalıdır.
Belə ki, 26.12. 2019-cu ildə “Ana Kür” MTK-ya tikintisinə icazə verilmiş əraziyə, Suraxanı rayon İca Hakimiyyətinin başçısı tərəfindən 1998-ci ildə 1667 saylı və 1877 `saylı sərəncamlar əsasında vətəndaş Abdullayev Böyükağa Abdulla oğluna mağazanın tikintisinə icazə verilmişdir. Mağazanı tikib başa çatdırdıqdan sonra, vətəndaş 2000-ci ildə Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə aidiyyəti üzrə müraciət etmişdir. Vətəndaşa Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən obyektin mövcudluğunu təsdiq edən Tikinti Texpasportu verilmişdir.
Bilirik ki, tikinti ilə məşğul olmaq istəyən şəxsin ilk növbədə aşağıdakı sənədləri olmalıdır:
- Tikinti tikmək istədiyi torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd;
- Tikinti tikmək İstədiyi torpaq sahəsinin üzərində icarə hüququnu təsdiq edən sənəd;
- Tikinti tikmək istədiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.
Çox təəssüflər olsun ki, 26.12.2019-cu il tarixə kimi “Ana Kür” MTK-nın tikintisinə icazə verilmiş torpaq sahəsi üzərində nə istifadə hüququnu, nə icarə hüququnu, nə də mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi olmamışdır. “Ana Kür” MTK-ya verilmiş həmin torpağa dair sənədlər Abdullayev Böyükağa Abdulla oğlunun və digər şəxslərin adina olmuşdur.
Hörmətli Nazir!
Tikintiyə dair sənədlərin tamlığı tam təmin edildikdən sonra, tikintiyə icazə verən, tikinti sferasında maraqlarına toxunulan ən səlahiyyətli nazirliklərdən biri də Sizin rəhbərlik etdiyini qurum və tabeçiliyində olan dövlət strukturlarıdır. Bir sözlə, tikintiyə icazənin sənədlərin tamlığını təsdiq edən və üzərinə ən böyük məsuliyyət düşən nazir Sizsiniz.
Məlum məsələdir ki, Sizin nazirlik və tabeçiliyində olan sturukturlar öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir. Bu siyasətin həyata keçrilməsini təmin edir. Həmin sahədə dövlət nəzarətini həyata keçirir və s.
Cənab Nazir!
Baş verən mövcud olaylardan da görürsünüz ki, “Ana Kür” MTK-ya tikintiyə icazə verimiş ərazinin bir hissəsi 23 ildir vətəndaş Abdullayev Böyükağa Abdulla oğluna məxsəs olmuşdur. Belə olan halda “Ana Kür” MTK-nin Sizin tabeçiliyinizdə olan dövlət strukturlarına (rəy və sairə almaq üçün) təqdim etdiyi sənədlərin tamlığından əsla söhbət gedə bilməz.
Bundan başqa, “Ana Kür” MTK-ya icazə verilmiş torpaq sahəsi üzərində istifadə, icarə və mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd olmadığı halda(nəyə görəsə və kimlərə xatir icazə verilmişdirsə), MTK tərəfindən tikintidə tikinti normalarına və tikintidə təhlükəsizlik normalarına əməl edilməsindən heç vaxt söhbət gedə bilməz.
Belə olan halda, “Ana Kür” MTK- nın tikdiyi ərazidə – tikinti sektorunda təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasından və dövlət nəzarətinin həyata keçirilməsindən söhbət gedə bilməz.
Bu günki reallıq onu deməyə əsas verir ki, “Ana Kür” MTK sözügedən ərazidə tikintiyə icazə almaq üçün məmurlara külli miqdarda rüşvət vermişdir.
Rüşvət verməklə icazəsi əldə edimiş tikinti sahəsində isə, heç vaxt tikinti normalarına və tikinti təhlükəsizliyinə əməl edilməsindən danışmaq olmaz.
Mən hesab edirəm ki, rüşvət alıb tikintiyə icazə verən, vətəndaş Abdullayev kimi kiçik sahibkarların əmlaklarını hərbə-zorba gələrək mənimsəyən “Ana Kür” MTK kimilərinə şərait yaradan və qanunsuz hərəkətlərinə göz yuman, vətəndaşlar arasında xaos yaradan, ictimayi əsayişin daima pozulmasina sevinən, vətəndaşları Prezidentdən narazı salmağa çalışan, vəzifədə-hakimiyyətdə olmasına baxmayaraq, özünü hakimiyyətə yaxınlığı ilə sırıyan bəzi məmurlardan fərqli olaraq Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ədalətli və prinsipial movqedə dayanmışdır.
Bir daha bildirirəm ki, başqasının əmlakını mənimsəyən, əmlak hüquqlarını qanunsuz olaraq əlindən alan, tikintiyə dair sənədlərinin tamlığına nail ola bilməyən “Ana Kür” MTK tərəfindən tikinti normalarının və tikintidə təhlükəsizlik qaydalarının kobudcasına pozlduğunun şahidi olmuşduq. MTK tərəfindən indi də bu cür pozuntular davam etdirilməkdədir.
Hörmətli Nazir!
Yuxarıda qeyd etdiklərimlə bağlı “Hürriyyət” qəzetinə rəsmi münasibət bildirməyinizi xahiş edirəm. Onu da rica edirəm ki:
- “Ana Kür” MTK-n tikintiyə dair sənədlərinin tamlığının araşdırılmasına göstəriş verəsiniz;
- “Ana Kür” MTK-n rəhbərliyi tərəfindən Suraxanı rayonu, Qaraçuxur Qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində tikdiyi iki 16 mərtəbəli binanın tikintisinə dair sənədlərin tamlığı tam təmin edilənə, tikinti normalarına və tikinti təhlükəsizliyinə tam əməl edilənə kimi, tikinti işlərinin dayandırılması ilə bağlı tabeçiliyinizdə olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Struktur bölmələrinə tapşırıq verəsiniz;
- Bu gün “Ana Kür” MTK-nın tikinti sferasında yaratdığı qanunsuz hərəkətlərə rəsmi münasibət bildirəsiniz.
Bu xəbər üçün şərh yazın