"Anam koronavirusdan yox, FHN-nin xəstəxanasındakı qəzada öldü" - Məşhur QHT rəhbərinin oğlu
Bu gün koronavirusdan vəfat etdiyi bildirilən “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın oğlu anasının xəstəlikdən yox qəza nəticəsində həyatını itirdiyini bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığda yerləşən modul tipli xəstəxanasında həqiqətən qəza baş verib:
"Feysbukda yazılanlar doğrudur. Təəssüflər olsun ki, FHN-in modul tipli xəstəxanasında qəza baş verib. Qəzanın baş verdiyi korpusda oksigenlə bağlı problem var idi. Bu itki koronavirusa görə yox, qəzaya görə baş verdi. Bir korpusda 15 nəfər vəfat edib".
Xatırladaq ki, iki gün öncə FHN-nin modul tipli xəstəxanasında qəza baş verdiyi ilə bağlı sosial şəbəkələrdə xəbər yayılmışdı. Amma FHN məlumatı təkzib etmişdi./Bakupost.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın