Anım günü münasibəti ilə Füzuli rayonunda şəhid məzarlarının ziyarəti davam edir-

Anım günü münasibəti ilə Füzuli rayonunda şəhid məzarlarının ziyarəti davam edir- - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Füzuli rayon ərazisində dəfn olunan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarının ziyarəti bu gün də davam etdirilib. Ziyarət iştirakçıları şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, tər qərənfillər düzüb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıblar.

İcra başçısı və tədbir iştirakçıları şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Faktinfo.az

Anım günü münasibəti ilə Füzuli rayonunda şəhid məzarlarının ziyarəti davam edir-Anım günü münasibəti ilə Füzuli rayonunda şəhid məzarlarının ziyarəti davam edir-Anım günü münasibəti ilə Füzuli rayonunda şəhid məzarlarının ziyarəti davam edir-Anım günü münasibəti ilə Füzuli rayonunda şəhid məzarlarının ziyarəti davam edir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi