Ankara döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək verəcək-

Ankara döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək verəcək- Mövlud Çavuşoğlu

Rəsmi Ankara istənilən şəraitdə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək verəcək.

Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı ann kristin linde ilə birgə mətbuat konfransında deyib.


Türkiyə diplomatiyasının başçısı vurğulayıb ki, Cənubi Qafqazda atəşin dayandırılması çağırışları ilə yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni qoşunlarının çıxarılması tələblərini də səsləndirmək lazımdır. Mövlud Çavuşoğlu qeyd edib ki, yalnız bu halda beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına real cəhdləri haqqında danışmaq mümkün olacaq.


Nazir BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə həll edilməmiş qərarlarını xatırladıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi