Antalyadakı yanğını 12 yaşlı uşaq törədib:

Antalyadakı yanğını 12 yaşlı uşaq törədib: Etiraf etdi

Türkiyənin Antalya bölgəsinin Manavqat raynonunda meşə yanğınını törədən şəxs müəyyənləşdirilib.

Yanğını 12 yaşındakı M.A.T adlı yeniyetmə törədib. Sözügedən yeniyetmə yanğını törətdiyini etiraf edib.

O qeyd edib ki, yanğını öz istəyi ilə, heç kimin təlimatı olmadan törədib. Belə ki, meşəni yaxşı tanıdığını söyləyən M.A.T quru otları bir yerə toplayaraq evdən götürdüyü çaxmaqla alov qaladığını, lakin yanğının miqyasının böyüməsi səbəbindən qarşısını ala bilmədiyini deyib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi