Antalyadakı yanğını törədən şəxs həbs olunub
Antalyanın Manavqat bölgəsində meşə yanğınlarını törətməkdə ittiham olunan şəxs həbs olunub. Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, adı açıqlanmayan şəxs 16 yaşındadır.
O, dörd gün öncə saxlanılıb. İstintaqın gedişində gənc ittihamları qəbul etməsə də, ona təqdim edilən şəksiz dəlilləri rədd edə bilməyib. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri təsdiq olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın