Aqiyə Naxçıvanlı ŞƏHİD ABBASLI NAİL ADİL OĞLUNUN ailəsinə baş çəkib - FOTO
Deputat Aqiyə Naxçıvanlı Sentyabrın 12-si və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədən zaman Murov istiqamətində düşmən hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalmış Abbaslı Nail Adil oğlunun ailəsinə baş çəkib.
Qeyd edək ki, 1 il olar ki,Abbaslı Nail Adil oğlu Azərbaycan Ordusunda MAXE kimi xidmətə başlayıbmış.Onu bu işə ilhamlandıran isə Vətən Müharibəsində ordumuzun göstərdiyi rəşadət, hünər və qazandığı qələbə olub.
“Dərdin dərdimizdir, Şəhid atası” - deyən deputat xanım bunu hər bir azərbaycanlının vətəndaşlıq borcu adlandırmış və nə qədər ki, dövlətimiz var şəhid yaxınlarına münasibətin başqa cür olmayacağını bildirib.
Şəhidin ailəsi ilə vidalaşan Aqiyə Naxçıvanlı həmçinin onların qayğı və problemlərini daim diqqətdə saxlayacağına əlindən gələn hər köməkliyi göstərəcəyinə söz verib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın