Aqiyə Naxçıvanlı Oğuzda Yəhudi icmasının üzvləri ilə görüşdü

Aqiyə Naxçıvanlı Oğuzda Yəhudi icmasının üzvləri ilə görüşdü - FOTOLAR

Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşən 117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı vaxt tapıb Oğuzda yaşayan Yəhudi icmasının üzvləri ilə görüşüb.

Çay süfrəsi arxasında keçən görüş zamanı Aqiyə Naxçıvanlı icma nümayəndələrini salamlayıb. O, qeyd edib ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi əsasını qoyan Ümummilli lider Heydər Əliyev olub. Müasir dövrdə bu siyasət əzmlə davam etdirilir və beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan multikulturalizmin mərkəzinə çevrilib.

O, ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən, Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlardan, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən də danışıb.

Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsi olduğunu vurğulayıb.

Görüş zamanı icma üzvlərindən Sadıq Natalinov, Aftin Simanduyev, Rafiq Liviyev, Asif Abramov, Teymur Natalinov və Rəsul Sefenyayev dövlətin onlara yaratdığı imkan və şəraitdən razılıqlarını bildiriblər.

Bunu üçün dövlət başçısına, birinci vitse-prezident Mehriban xanıma minnətdarlıqlarını bildirdilər. Azərbaycanın onlar üçün doğma olduğunu, illərlə bu torpaqlarda azərbaycanlılarla mehriban şəraitdə yaşadıqlarından, bir-birlərinin xeyirində, şərində qarşılıqlı iştirak etməklərindən və bu bağların illər ötdükcə daha da möhkəm olduğundan danışıblar.

Hətta müxtəlif səbəblərdən İsrail dövlətinə gedərkən vətən hesab etdikləri Azərbaycan üçün darıxdıqlarını söyləyiblər.

Qarşılıqlı şəkildə səmimi keçən görüş zamanı ötən günlərdən xoş xatirələr anılıb.

Faktinfo.az

Aqiyə Naxçıvanlı Oğuzda Yəhudi icmasının üzvləri ilə görüşdüAqiyə Naxçıvanlı Oğuzda Yəhudi icmasının üzvləri ilə görüşdüAqiyə Naxçıvanlı Oğuzda Yəhudi icmasının üzvləri ilə görüşdüAqiyə Naxçıvanlı Oğuzda Yəhudi icmasının üzvləri ilə görüşdü
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər