Aqiyə Naxçıvanlının silsilə görüşləri davam edir- Seçicilərlə - Sincan, Tərkeş ,Dəymədağlı və Mollalı kəndlərində...
117 saylı dairədən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Deputatlığa namizədin seçki qərargahından Faktinfo.az-a verilən məlumata görə, bu gün o, rayonun Sincan, Tərkeş və Dəymədağlı kəndlərində olub. Kənd sakinləri Aqiyə xanımı mehribanlıqla qarşılayıblar.
Seçicilərlə görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək ölkədə hər bir sahədə gedən inkişafdan, ölkə başçısının həyata keçirdiyi islahatlardan danışıb.Deputatlığa namizədin vəkilləri isə çıxışlarında Yeni Azərbaycan Partiyasının seçki platforması və Aqiyə Naxçıvanlının fəaliyyəti haqqında geniş məlumat veriblər.
Aqiyə xanım öz çıxışında ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi böyük islahatlardan və bu islahatların insanların rifahının yaxşılaşdırılmasına olan təsirindən danışıb. O, həmçinin əvvəlki deputatlığı dövründə gördüyü işlər barədə seçicilərinə hesabat verib. Onların problemləri ilə əlaqədar müvafiq qurumlara müraciət edərək bir sıra sosial problemlərinin həll olunmasından bəhs edib.
Görüşdə söz alaraq çıxış edən kənd sakinləri- Elçin Xasıyev, Güleybət Rəşidova, Aidə Hacıyeva, Sənan Rəşidov və başqaları ölkə başçısı İlham Əliyevin başçılığı altında Azərbaycanın inkişafından qürur duyuqlarını və onun yürütdüyü siyasəti dəstəklədiklərini bildiriblər.
Eləcə də,Sincan kəndində məktəb binasının tikilməsində, Sincan, Tərkeş və Dəymədağlı kəndlərinə işıq və qaz xətlərinin çəkilişinə, ali məktəblərə qəbul olunan tələbələrə göstərdiyi dəstəyə görə seçiciləri Aqiyə xanıma minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Aqiyə Naxçıvanlının Mollalı kənd sakinləri ilə görüşü baş tutub. Seçicilərlə səmimi söhbət zamanı onlar ölkə prezidenti və Birinci vitse-prezidentin Azərbaycan vətəndaşlarına göstərdikləri qayğıdan razılıq ediblər. Seçicilərdən -Günel Hacıyeva, Kəmalə Cavadova, İradə Rəsulova və başqaları Aqiyə Naxçıvanlının əvvəlki deputatlığı dövründə kəndin məktəb binasının yenidən inşa olunmasına və zəruri ləvazimatlarla təmin edilməsinə, Qarabağ əlili Əvəz Zakirovun sağalaraq həyata qaytarılmasına etdiyi köməkliyə və daima onların problemlərini diqqətdə saxladığına görə minnətdarlıq etdilər. Seçicilər, həmçinin kənd yolunun asfaltlanması, qaz və internet xəttinin çəkilişi ilə bağlı köməklik olunmasını da namizəddən xahiş ediblər və əminliklə fevralın 9-da keçiriləcək seçkilərdə iştirak edib, layiqli namizədə səs verəcəklərini vurğulayıblar.
Bu xəbər üçün şərh yazın