"Aqrar sahənin geriləməsinin əsas səbəbkarlarından biri də Seymur Mövlayevdir" - Sabirabadlı fermer
Azərbaycanın tanınmış pambıqçılarından olan Əfras Əsgərov aqrar sahənin inkişafdan geri qaldığını bildirir.
Qlobal.az xəbər verir ki, fermer aqrar sektorun inkişaf etməməsini Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit İnkişaf Agentliyinin (AKİA) direktoru Seymur Mövlayevin fəaliyyəti ilə əlaqələndirib.
Əfras Əsgərov bunu sübut etmək üçün istənilən tv-də AKİA direktoru ilə canlı debata çıxmağa hazır olduğunu bildirib.
Səbarabad rayonundan olan Əfras Əsgərov qabaqcıl pambıqçı fermerlərdən sayılır.
O, 2021-ci ildə 130 hektar sahədə qoşa cərgə üsulu ilə pambıq əkib.
Sahibkar bir müddətdir ki, dövlətin pambığa verdiyi subsidiyanı ala bilməməsindən şikayətçidir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın