Aqrar Universitetdə növbəti seminar keçirilib

Aqrar Universitetdə növbəti seminar keçirilib - Tərəvəzçilik, bitkiçiliyin perspektivləri haqqında fikir mübadiləsi aparılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti və tələbələr üçün növbəti seminar təşkil olunub.

Universitetdən Faktinfo.az saytına verilən məlumatda bildirilib ki,tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq fakültəsinin professor-müəllim heyəti, bakalavr və magistr pillələrində təhsil alan tələbələr iştirak ediblər.  

Seminar Rusiya Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri doktoru Fərhad Musayev tərəfindən “Müasir tərəvəzçilikdə aktual problemlər” mövzusunda təşkil olunub. 

Bildirilib ki, tərəvəzçilik bitkiçiliyin ən mühüm sahələrindən biri kimi ölkəmizin kənd təsərrüfatında mühüm rola malikdir. Azərbaycan ilə Rusiya arasında bu istiqamətdə görülən elmi işlərdən danışan alim, əməkdaşlıq imkanları və perspektivlər haqqında məlumat verib.  

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. 

Natiqə Məmmədova

Faktinfo.az 


Aqrar Universitetdə növbəti seminar keçirilibAqrar Universitetdə növbəti seminar keçirilibAqrar Universitetdə növbəti seminar keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi