Aqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaq - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Unviersitetində (ADAU) Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində bir semestr təhsil alacaq və təcrübə keçəcək bir qrup tələbə ilə görüş keçirilib.
Görüşdə çıxış edən Universitetin rektor əvəzi Zəfər Qurbanov qeyd edib ki,cari il ADAU-nun 22 tələbəsi Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində həm təhsil almaq,həm də təcrübə keçmək imkanı əldə edəcək.O,bildirib ki, xaricdə təhsilin ən böyük üstünlüklərindən biri xarici dil biliklərini daha da təkmilləşdirməkdir. Z.Qurbanov xaricdə təhsil alan hər bir tələbənin ölkənin təmsilçisi olduğunu diqqətə çatdıraraq tələbələrə tövsiyələrini də verib.
Sonra xaricdə təhsil alacaq tələbələrin valideynləri ilə onlayn görüş təşkil olunub.Bildirilib ki, tələbələr xaricdə təhsil aldığı müddətdə həm universitetin,həm də ailələrinin etimadını layiqincə doğruldacaqlar.
Faktinfo.az xatırladır ki,Erasmus+ proqramı çərçivəsində tələbələrin Avropanın müxtəlif ölkələrində bir semestr təhsil alıb,təcürbə keçməsi üçün razılığa gəlinməsi ADAU-nun keçmiş rektoru İbrahim Cəfərov tərəfindən aparılan ardıcıl danışıqlardan sonra məqbul hesab edilmişdi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın