"Aqroservis" ASC-də narazılıqlar yaşanır

"Aqroservis" ASC-də narazılıqlar yaşanır -Regional idarənin rəisinə töhmət verilib

Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-də narazılıqlar yaşanırdı.

İşdən çıxarılan şəxslərdən bir neçəsi əllərində olan mənimsəmə faktlarını əks etdirən rəsmi sənədlərlə Prezident Administrasiyasına getməyi planlaşdırırdılar.Bir neçə gün sonra nədənsə bundan imtina edildi.Hazırda isə qrumun bölgələrdə yerləşən bölmələrindən edilən şikayətlər şoxluq təşkil edir,saytların elektron poçtuna məlumatlar göndərilir.


Faktinfo.az xəbər verir ki, narazılıqlar artıq "Aqroservis" ASC-nin regional idarələrinə də sirayət edib,idarəçilik demək olar ki,itib.Bu qrumdan ölkə rəhbərliyinə ünvanlanan şikayət məktublarının sayı da durmadan artır. "Aqroservis" ASC-nin Qazax bölməsin mühasibinin qanunsuz işdən çıxardılması,Ağstafa bölməsinin mühəndis-mexanikinin şərlənərək vəzifəsindən kənarlaşdırılması, "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsi rəisinin sıxışdırılması kimi onlarla hallar çoxlarını qələmə "sarılmağa" vadar edib.Yevlax,Kürdəmir,Ucar bir sözlə Aran bölgəsi daxil olmaqla  bu qrumdan olunan şikayətlərin sayı-hesabı yoxdur.


"Hərə öz başına çarə qılsın" prinsipini əsas götürən regional idarələrin rəisləri, regional idarələrə tabe rayon bölmə müdirləri imkanlarından yararlanmağa çalışırlar.Bu isə təşkilatlarda iş ahəngini pozur. Rəhbər şəxslər idarələrin balansında olan texnikalardan,gübrə və digər ləvazimatlardan istifadə edərək, insanların əkə bilmədiyi 50 hektarlarla torpaqları əkib,gəlir götürürlər.

Gübrə oğurluğu fikrnə düşənlər də var.Məsələn,danışılan fikirlərə əsasən,Ağstafa bölməsində pul qazanmağın "orjinal" variantının tətbiqinə yol verilməyib.1500 gübrə kisəsinin hər birindən 2 kiloqram götürülməsi fikiri gülüş obyektinə çevrilib.Təssüf doğuran odur ki,belə "kreaktiv" fikirli şəxs nazirlik,"Aqroservis" ASC tərəfindən himayə olunur.Və yaxud,digər rayon bölməsində kartof çıxaran mexanizim satılır,başqasına aid gübrə satışı tutulur vəs. Bərbad idarəçiliyin ört-basdırı isə "gözədən pərdə asmaq üçün"  "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin rəisi Azər Əliyevə verilən töhmətlə yekunlaşır.

 

O ki, qaldı 2023-cü ilin bir sıra təxminlərinə və maliyyə təftişinə Kənd Təsərrüfatı nazirliyində,eləcə də "Aqroservis" ASC-kimi strukturlarında müəyyən təlatümlərin olacağı gözlənilir."Aqroservis" ASC-nin sədri Elmin Rəhimova gəlincə,o da bunları təxmin etməmiş deyil.

 Bu sıralamaya gübrə satışından,maşın və mexanizmlərin icarə müqaviləsi əsasında verilməsindən gələn mənfəətin vəs. inzibati binaların icarəsinə,mexanizmilərin ehtiyyat hissələrinin alınmasına və digər xərclərə istifadə edərkən səmərəli istifadə olunub-olunmaması da aiddir.


 ARDI VAR

 FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi