Nə dərəcədə keyfiyyətli məhsul istehsal edirik? -AQTA-nın izah etməli və...
Rusiya və Ukrayna arasında baş verən müharibə ölkəmizə idxal olunan şəkər tozunda (şəkər çuğundurunda) məhdudiyyətlərə gətirib çıxardı.
Bu mərhələ isə Azərbaycanda istehsal edilən şəkər tozunun qiymətində artıma səbəb oldu.
İki dəfəyə qədər artıma səbəb olan bu məhsula tələbatın önəmi yay mövsümündə daha qabarıq şəkildə özünü göstərdi.Eləcə də istehlakçı narazılıqlarının nələrdən ibarət olduğu da müəyyənləşdi.Məsələn,çoxsaylı istehlakçılar hesab edirlər ki,yerli istehsal olan şəkər tozu Ukrayna,Rusiya,Belarus məhsulları kimi dənəbir(narın) deyil,şirinliyi də bəzən istənilən səviyyədə olmur.
Faktinfo.az xatırladır ki,Azərbaycan istehlakçılarının narahat olduğu bu nüans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiətə izah etməli və məşğul olmalı olduğu məsələlərdən biridir.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın