Araik Arutunyan:"1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdı"

Araik Arutunyan:"1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdı" 

Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xayənət etdiyini bildirib.

Report.az xəbər verir ki, feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün Yerevana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.

“Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, “ölkə prezidentini” (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər”, – deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdıqlarını da diqqətə çatdırıb.

A.Arutunyan həmçinin Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O, 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi