Araik Arutyunyan məhv edilib
“Dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın məhv edildiyi ilə bağlı yayılan məlumatı Ermənistan hələ də faktla təkzib edə bilməyib.
Ötən gün Arutyunyanın kortejinin vurulduğu və separatçı-terrorçi liderin də məhv edildiyi haqda məlumatı erməni mediası yalnız 1 noyabr saat 18:00-da bir cümlə ilə təkzib edib.
Belə ki, “dqr”in separaçı başçısının sözçüsü Poqosyan mediaya “Arutyunyan öz vəzifəsinin icrasını davam etdirir” deyə bircə cümləlik açıqlama verib. Vəssalam, aradan keçən 20 saata yaxın müddət ərzində isə bircə kəlmə də olsun bu barədə məlumat yoxdur.
Araik Arutyunyanın Feysbuk səhifəsi də üç gündür yenilənmir. Sonuncu paylaşımını 30 oktyabrda edən Arutyunyan 3 gündə bircə paylaşım da etməyib. Halbuki bu xəbəri təkzib etmək üçün sosial şəbəkə hesabında canlı yayım da edə bilərdi. Xatırladaq ki, yaralanması barədə bir müddət əvvəl xəbər yayılanda Arutyunyan bunu dərhal canlı yayım edərək, təkzibləmişdi.
Bu arada Azərbaycan Müdafiə Nazirliyi 31 oktyabr saat 17:00 radələrində Xocavənd istiqamətində hərəkət edən hərbi avtomobil kortejinin məhv edilməsi görüntülərini paylaşıb. Türkiyə mediası isə məhz bu kortejdə vurulan avtomobilin içində Arutyunyanın olduğunu bildirib.
Qeyd edək ki, Şuşaya doğru getmək istəyən Arutyunyanın yarı yoldan geri qayıtdığı və yoxa çıxdığı da bildirilir. İddiaya görə, Şuşa istiqamətində nə görübsə, İrəvana qaçıb.
Hər bir halda Arutyunyandan üç gündür xəbər yoxdur.
Bu xəbər üçün şərh yazın