"Araz" supermarketin QİYMƏT FIRILDAĞI: - "Sözügedən məbləğ kampaniya dövrünü əhatə edirdi"

"Araz" supermarketin QİYMƏT FIRILDAĞI: - "Sözügedən məbləğ kampaniya dövrünü əhatə edirdi" 

“”Araz” marketlər şəbəkəsi müştəriləri bilərəkdən aldadır”.

Yenicag.az xəbər verir ki, Təbriz Yusubov adlı şəxs sosial şəbəkədə “Araz” supermarketlər şəbəkəsinin müştəriləri aldatdığını əks etdirən video görüntü paylaşıb. Videogörüntüdə satılan məhsulun piştaxtadakı qiyməti ilə kassada vurulan qiymətin fərqli olduğu açıq görünür.

Təbriz Yusubov qeyd edib ki, sözügedən market vətəndaşları aldatmaqla məşğuldur:

“”Araz” market insanların cibinə bu variantla girir. 120 qramlıq “Mister Tum”un piştaxtada qiyməti 1.09 azn yazılıb. Amma tumun özü 100 qram, kassada isə qiyməti isə 1.30 azn göstərir. 3 iyul tarixində iradımı bildirdim. Lakin 18 gün keçməsinə baxmayaraq, hələ də qiyməti dəyişməyiblər. Deməli, qəsdən belə edərək müştəriləri aldadırlar. Bunun başqa açıqlaması yoxdur”.

Müştərinin şikayəti ilə bağlı “Araz” marketlər şəbəkəsindən bildirilib ki, qeyd olunan məsələdə problem kampaniya müddəti bitdiyi halda, piştaxtda dəyişikliyin edilməməsidir:

“Problemin yaranma səbəbi tədarükçü şirkətin eyni barkodla fərqli qramajda məhsulu təmin etməsidir. Tədarükçüyə xəbərdarlıq edilib və müvafiq tədbir görülüb. Qiymət məsələsinə gəlincə, sözügedən qiymət kampaniya dövrünü əhatə edir. Kampaniya bitsə də təəssüf ki, rəfdə qiymət dəyişikliyi aparılmayıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi