Arda "Barselona"da qalır
"Barselona"nın futbolçusu Arda Turan Kataloniya klubunda qalacaq.
Faktinfo.az Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə 30 yaşlı yarımmüdafiəçinin meneceri Ahmet Bulut məlumat verib.
O, 30 yaşlı oyunçunun "Barselona"nı tərk etməyəcəyini bildirib.
Qeyd edək ki, 2015-ci ildən Kataloniya klubunun şərəfini qoruyan A. Turanın komandası ilə müqaviləsi 2020-ci ildə başa çatır.
Xatırladaq ki, "Barsa"nın Ardanı sata biləcəyi iddia edilirdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın