Argentina səfiri ADAU-da olub

Argentina səfiri ADAU-da olub 

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Serxio Perez Gunella və missiya rəhbərinin müavini xanım Korina Lemann Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Faktinfo.az xəbər verir ki,görüşdən məmnunluğunu bildirən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara Universitetin fakültələri, maddi-texniki bazası, tədris-təcrübə təsərrüfatı, kadr potensialı, zəngin laboratoriyaları və beynəlxalq əlaqələri barədə geniş məlumat verib. Rektor bildirib ki, gələcəkdə Argentinada yerləşən Aqrar yönümlü universitetlərlə əlaqələrin qurulmasında Azərbaycan Dövlət Aqrar Universiteti maraqlıdır.

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Serxio Perez Gunella ölkələr arası münasibətlərin daha da inkişaf etməsində universitetlər arası əlaqələrin rolunun böyük olacağını vurğulayıb. Bu istiqamətdə də cənab səfir öz ölkəsində yerləşən universitetlərə məlumat verəcəyini bildirib.

Argentina səfiri ADAU-da olubArgentina səfiri ADAU-da olub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər